Microsoft şirkəti YouTube-da Python for Beginners adlı kurs proqramı yerləşdirib. Bu, məhşur proqramlaşdırma dillərindən biri olan Python-u öyrənmək istəyənlər üçün ödənişsiz kursdur. Bu barədə şirkətin rəsmi bloqlarından biri xəbər verir.
Bizplus.az xarici KİV-ə istinadən xəbər verir ki, kursun müəllimləri, proqramçı Christopher Harrinson və oyun bölməsinn biznes-meneceri Susan Ibach-dır.
“Python tanınır və çevikdir: onun köməyi ilə siz bütün həcm və formaların həllini yarada bilərsiniz. Susan və mən onu necə öyrəndiyimizi xatırladıq və təəssüf ki, onu öyrənməyə başlayanda bizim müəllimimiz olmayıb” –deyə, Harrinson kursunun məqsədini izah edir.
Kurs 44 kiçik videomühazirədən ibarətdir: bəziləri bir neçə dəqiqə, bəziləri isə 9-12 dəqiqə çəkir.