Subsidiya hər hektara görə ödəniləcək.
Gələn ildən Azərbaycanda fermerlərə intensiv meyvə bağlarının hər hektarına görə subsidiya veriləcək.
Subsidiyanın məbləği 800 manat olacaq.
Vüqar Hüseynovun sözlərinə görə, subsidiyalar ilk 4 il ərzində ödəniləcək. Beşinci ildən isə intensiv meyvə bağlarına 240 manat əkin subsidiyası ödənilməsi nəzərdə tutulur.
2019-cu ildən əvvəl salınmış intensiv və intensiv olmayan meyvə bağlarına əkin subsidiyası 1,2 əmsalla ödəniləcək , deyə Vüqar Hüseynov bildirib.
Vüqar Hüseynovun sözlərinə görə, 2019-ci ildə 10 intensiv bağ salmış fermer 8000 manat subsidiya alacaq. İlk 4 il başa çatdıqdan və bağlar məhsula düşdükdən sonra fermerə 2400 manat subsidiya ödəniləcək.