Qeyd edək ki, Service Friend-in ən azı dörd əsas proqramçısı özlərinin LinkedIn profillərində Calibra cüzdanı komandasına qoşulmalarını qeyd ediblər. Şirkətdə ümumilikdə 30 işçi var və onlardan neçəsinin Facebook-a keçəcəyi bilinmir. Şirkətin satılması barədə The Market qəzetinə onun səhmdarlarından biri məlumat verib. Əməliyyatın məbləği də açıqlanmır.
İsrailin bu layihəsi 2015-ci ildə yaradılıb və müştərilərlə ünsiyyət, həmçinin onların problemlərinin həlli üçün süni zəka texnologiyaları üzərində işləyir. Şirkətin müştəriləri arasında İsrailin El Al aviaxətti də var.
TechCrunch qeyd edir ki, Facebook Service Friend-lə əvvəllər artıq əməkdaşlıq edib. Şirkət sosial şəbəkəyə “hibrid” çat-botların işlənməsində yardım edib.
Service Friend nümayəndələri startapın satılmasını TechCrunch-a təsdiq ediblər.