Azərbaycanda daha iki data mərkəzi tikilir

Date:

Paylaş:

Azərbaycanda daha iki “Tier 3” səviyyəli Data mərkəzi inşa olunur.

Tikilməkdə olan obyektlərin baş Məlumat Emalı Mərkəzi Bakıda, Ehtiyat Mərkəzi isə Göyçayda yerləşəcək.

Mərkəzlərin tikinti işləri plana uyğun olaraq 2020-ci ilin əvvəli başa çatdırılacaq, mart ayında isə obyektlər sertifikasiyadan keçəcək.

Layihənin operatoru qismində “PASHA Technology” şirkəti çıxış edir.

Qeyd edək ki, Azərbaycanda ilk “Tier 3” səviyyəli Data Mərkəzi Bakıda 2016-cı ilin sonunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzInTelecom” MMC tərəfindən istifadəyə verilib. Data Mərkəzi bulud əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Mərkəz vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə, paketlərin gecikməsi və itməsinə də nəzarət həyata keçirilir.

Xatırladaq ki, cari ilin sonunadək Yevlax rayonunda “AzInTelecom”un Ehtiyat Data Mərkəzi də istifadəyə veriləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...