Verilənlərlə iş və onların qorunması üçün sistem proqramçısı olan Acronis başda Goldman Sachs investisiya bankı olmaqla bir qrup səhmdardan 147 milyon dollar cəlb edib. Acronis-dən bildiriblər ki, şirkətin dəyərləndirilməsi 1 milyard dolları ötüb.
Qeyd edək ki, şirkət qazanılan vəsaitləri digər şirkətləri satın almağa, proqramçılar komandasının genişləndirilməsinə və Şimali Amerikada Acronis SCS-lə əməkdaşlıqda biznesin inkişafına sərf etməyi düşünür.
Digər şirkətləri almaq Acronis-ə məhsulların istehsalını və Acronis Cyber Protection, həmçinin, Acronis Cyber platformasının kibermüdafiəsi üçün əməliyyatları sürətləndirməkdə yardımçı olacaq. Hansı əməliyyatlardan söhbət getdiyini isə bildirməkdən imtina ediblər.
“2018-ci ildə Acronis biznesi 20% inkşaf etdirməyə nail olub, 2019-cu il üçün isə 30% artırmağı düşünürük və eyni zamanda, Acronis Cyber Cloud platformasının da 102% inkişafını gözləyirik. Goldman Sachs-ın təşkil etdiyi investisiya raundu bizə, şirkətlərin ələ keçirilməsi və əlavə resursların əldə edilməsi sayəsində məhsul istehsalını sürətləndirməyə kömək edəcək. Biznesin inkşafı da sürətlənəcək” – deyə , Acronis-in qurucusu və baş direktoru Sergei Belousov bildirib.