SpaceX və Tesla-nın qurucusu Elon Musk texnologiya sahəsinin ən ruhlandırıcı fiquru adını alıb. Bunu sorğuların nəticəsi göstərib. O, Jeff Bezos və Satya Nadella-nı ötüb.
Xəbər verdiyimiz kimi, Hired işçi axtarılması saytı texnologiya sahəsindən olan 3,6 min işçi arasında sorğu keçirib və 10 ən ruhlandırıcı texnoşirkət liderini seçib. Araşdırmanın nəticəsinə görə Elon Musk birinci olub.
CNBC bildirir ki, reytinqə həmçinin, Jeff Bezos, Satya Nadella, Mark Zuckerberg, Jack Ma, Sheryl Sandberg, Reed Hastings, Susan Wojcicki, Marissa Meyer və Anne Wojcicki daxildirlər.