Çində insanı əlindəki damarlardan tanıyan texnologiya ixtira olunub

Date:

Paylaş:

Bir qrup çinli tədqiqatçı tərəfindən insanları əllərindəki damarların bənzərsiz şəklinə görə məsafədən tanıyan texnologiya ixtira edilib.

“Melux” şirkəti tərəfindən ərsəyə gətirilən və “AirWave” adı verilən yeni texnologiya süni intellektə əsaslanmaqla insanlarda iri və xırda damarların yerləşməsindəki fərqləri ayrıd edir. Belə ki, şəxsiyyəti eyniləşdirilən şəxsin əlini cihaza salıb çıxarması kifayətdir.

Ölkənin Kinqdao şəhərində keçirilən Asiya – Avropa İnnovasiya və İnkişaf Forumundakı nitqində “Melux” şirkətinin təsisçisi və rəhbəri Sie Kinqlu yeni texnologiya vasitəsilə bəlli şəxsin əlini milyard nəfərin içində cəmi onda üç saniyədən də az müddətdə ayır etməyin mümkünlüyünü bildirib. Onun dediyinə görə, texnologiya artıq ölkənin cənubundakı Quanqdonq əyalətində bəzi iaşə müəssisələri və rəsmi ictimai xidmət sahələrində tətbiq olunur. Hazırda şirkət tərəfindən Quanqjou metro operatoru ilə sözügedən texnologiyanın tətbiqinə dair danışıqlar aparılır.

Sie Kinqlu ixtira etdikləri texnologiyanın yaxın gələcəkdə bank kartlarını da əvəz edərək maliyyə xidmətləri, ödənişlər, ictimai nəqliyyat, sosial təhlükəsizlik kimi sahələrdə geniş tətbiq olunacağını güman edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...