Böhran zamanı ən yaxşı biznes hansıdır?

Date:

Paylaş:

İstənilən qida məhsulu biznesi böhran zamanını yaxşı keçirir. Əhalinin gəliri nə qədər azalsa da, qida məhsullarına tələbat hər zaman olacaq. Burada məsələ istehlakçıların prioritetlərinin dəyişməsindədir. Əvvəl insan daha keyfiyyətli və yaxud bahalı məhsul arxası ilə qaçırdısa da, böhran zamanı ilk növbədə ucuz məhsula müraciət edilir. Nəticədə də əsas diqqəti bahalı məhsullara ayıran ticarət şəbəkələri zərərlə üzləşirlər. Böhran zamanı bu xərcləri azaltmaq üçün bir neçə sadə qaydaya riayət etmək lazımdır. 

İlk növbədə ən çox tələbat olan məhsullara yatırım edin. Bunlara süd, çörək, uşaq yeməkləri, yağ və s. daxildir. Bunlar insan həyatı üçün vacib olan məhsullar olmalıdır. Və bu məhsulların dəyəri nə qədər baha olursa-olsun insan sadəcə bir vacib alternativlə onu almaqda davam edəcək. Çünki onların başqa çıxış yolu da yoxdur. Düzdür, insan bir qədər ucuz yağ ala bilər, lakin ondan ümumiyyətlə imtina edə bilər.

Bahalı məhsulların sayını azaldın. Lakin bu o demək deyil ki, onlardan tamamilə imtina etmək lazımdır. Istənilən böhranda hələ də pula sahib insanlar olacaq. Sizin əsas məqsədiniz – mağazanızda bahalı məhsulu ala biləcək potensial müştərinin sayı qədər bahalı məhsul olmalıdır.

Kiçik ərzaq məhsulları satılan mağaza ilə böhranı yaxşı keçirmək mümkündür. Adətən elə belə mağazalar yer azlığından ən vacib və tələbat olan məhsulları satırlar.

Reklam hər zaman sərfəlidir. Şirkətlərin əksəriyyəti böhran zamanı marketinq xərclərinin azaldılmasını lazım bilir. Bu zaman isə kiçik şirkətlər üçün ideal şans yaranır. Böhran zamanı reklam bazarı boş olur və orada yer tutmaq daha asanlaşır. Axı insan üçün böhranın olub-olmadığı vacib deyil, o reklamı hər zaman görür. Xüsusəndə insanlar nəyi reklam etdiyinizə diqqət yetirəcək. Məsələn, endirimlər. Endirim və kampaniyalar müştəriləri mağazaya cəlb etməyin ən ideal yoludur.

biznes ideyalari kataloqu, biznes plan numunesi, iş qurmaq, kicik biznes, biznes ideyasi, internetden pul qazanmaq, pul qazanmağın yolları, kicik biznes qurmagin yollari, en yaxsi biznes, ən yaxşı biznes

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...