Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 139,9 mln. manat təşkil edib.
Neft məhsullarının istehsalında əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6% artım qeydə alınıb.
Hesabat dövründə Azərbaycanda 818,2 min ton həcmində avtomobil benzini istehsal edilib. Avtomobil benzini istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artım qeydə alınıb. Bu il sentyabrın əvvəlinə 25,8 min ton həcmində avtomobil benzini ehtiyatı yaranıb.
Hesabat dövründə ölkədə 184,6 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 1 450,2 min ton dizel yanacağı, 76,8 min ton yanacaq mazutu istehsal edilib.