İtaliyanın “Milan” klubunun sahibi dəyişə bilər.
Fransalı iş adamı “Louis Vuitton” şirkətinin sahibi Bernar Arno A seriyası təmsilçisini almaq niyyətindədir.
Biznesmen 2019/20 mövsümünün sonunda “Milan”ın sahibi olmaq istəyir. B.Arno bunun üçün 1 milyard avro ayırıb.
Lakin klubun ABŞ-dan olan sahiblərinin bu alqı-satqı ilə razılaşacağı bəlli deyil. “Elliott” fondu bir müddət öncə çexiyalı milyarder Daniel Kretinskinin “Milan”ı 600 milyon avroya almaq təklifini rədd etmişdi. Amma B.Arnonun təklifi daha yüksək məbləğdədir.
Qeyd edək ki, varidatı 85 milyard avro ilə dəyərləndirilən B.Arno dünyanın 3-cü ən zəngin adamı hesab olunur. O, yalnız Ceff Bezos və Bill Qeytsdən geri qalır.