“General Motors”un 49 mindən çox əməkdaşı tətil elan edib

Date:

Paylaş:

“General Motors” avtomobil konserninin 49 mindən çox əməkdaşı, ABŞ-ın avtomobil sənayesi işçilərinin Birləşmiş Həmkarlar İttifaqının üzvləri tətilə başlayıb. Bu, sözügedən Həmkarlar İttifaqının 2007-ci ildən bəri ilk milli tətilidir.

Şirkət rəhbərliyi ilə yeni əmək müqaviləsinin şərtləri ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra Həmkarlar İttifaqının bu qərarı verib. Əməkdaşlar iş vəzifələrini yerinə yetirməkdən imtina edirlər, bəziləri isə hətta təşkil ediləcək piketə qatılmaq niyyətindədir.

“Associated Press”in məlumatına görə, ittifaqla konsern arasında kollektiv müqavilənin müddəti şənbə günü axşam başa çatıb. Bazar günü 200-ə yaxın zavod müdiri tərəflərin axşamadək razılığa gəlməyəcəkləri təqdirdə tətil keçirilməsindən yana olduqlarını açıqlayıb. Bazar ertəsi işçilərin tətillərinə görə ABŞ-ın 9 ştatında 33 zavod, eləcə də ehtiyat hissələrin bölüşdürülməsi üzrə 22 müəssisə bağlanıb. Aksiyanın hansı müddətə planlaşdırıldığı bilinmir.

“General Motors” rəhbərliyinin bildirdiyinə görə, onlar öz növbəsində işçilərə maaşların artırılmasını, tibbi sahədə güzəştlərin təmin edilməsini və 5,4 min yeni iş yerlərinin açılmasına yardım olacaq 7 milyard dollarlıq investisiya qoyulmasını təklif edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...