Blogger mətbəxini restorana çevirərək isti yeməklər satmağa başlayıb

Date:

Paylaş:

Britaniyalı YouTube blogger Josh Pieters supermarketdən yemək alıb, öz mətbəxində onları isidib və daha sonra Deliveroo qida çatdırılması xidmətinin kuryerinə verib. Şirkət saxta restoranı öz platformasında qeydiyyatdan keçirib. Uğurlu nailiyyətdən sonra Pieters bu barədə video çəkir.

Josh Pieters və onun dostu Archie Manners-in meydançada qeydiyyata aldıqları “restoran” The Italian Stallion adlanır və ünvan kimi orada Pieters-in Londondakı evinin koordinatları göstərilir. Insider xəbər verir ki, onlar hazır qızdırılmış yeməkləri Deliveroo xidməti vasitəsilə satışa veriblər.

Dostlar sonra sayt da açıblar və orada menyu, çatdırılma barədə məlumatlar və yeməklərin şəkilləri yerləşdirilib. Onlar restoranlarının sosial şəbəkələrdə səhifələrini açıblar, əminlik üçünsə Instagramda mindən çox izləyici alıblar.

Pieters və Manners saytda bəzi uğur hiylələri də ediblər: baş aşpaz kimi onlar realiti-şounun ulduzu Jemmie Collinz-i göstərirlər, yeməklərdən birinin şəklində isə pendirin əvəzinə AirPods qulaqlıqlarını görmək olur.

Blogger Deliveroo-ya qida verdikdən dərhal sonra bütün menyuya 40% endirim qoyur və bunun sayəsində sifarişlər gəlməyə başlayır. Dostlar yaxınlıqdakı mağazadan yeməyi alıb, mikrodalğalı sobada qızdırdıqdan sonra pendir və kolbasa əlavə etməklə digər bir konteynerə yerləşdiriblər və kuryera veriblər.

Hər sifarişə, prankerlər bunun bonus olması barədə izah verən və müştərilərin xərclədiyi pullarla bağlı bir qeyd də əlavə ediblər. İş günündən sonra yoldaşlar Italian Stallion-u qeyri-aktiv rejimə keçiriblər. Pieters deyir ki, onların məqsədi istehlakçıların əslində onlara qidanın haradan gəldiyinə və onların necə bir şəraitdə hazırlandığna tam əmin ola bilməyəcəklərini göstərməkdir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...