Almaniyanın Volkswagen avtomobil istehsalçısı Amerikanın Tesla elektrik avtomobilləri istehsalçısını almaq imkanını əldən verib. Deutsche Welle xəbər verir ki, bunu Volkswagen-in sahibkarlarından biri Wolfgang Porsche bildirib. “Həmişə hər şey barədə düşünmək lazımdır”- deyə, o, Frankfurt Beynəlxalq avtosalonunda bildirib.
Məsələ, Volkswagen-in Teslanı ələ keçirməklə və ya onun kapitalında payı olmaqla elektrik avtomobillər istehsalında dünya lideri olmaq istəyi ilə bağlı gedən söz-söhbətlər fonunda qaldırılıb. Bu məlumatı üç həftə əvvəl Manager Magazin iqtisadi jurnalı konserinin adı açıqlanmayan top-menecerinə istinadən bildirib.
Onun sözlərinə görə, Volkswagen-in rəhbəri Herbert Diess tez bir zamanda Tesla-ya yatırım etmək istəyərdi, amma o konsernin əsas səhmdarlarını və Porsche ailəsini alışın məqsədəuyğun olduğuna inandıra bilməyəcək. Materialda deyilib ki, Volkswagen-in sahibkarı səhmlərə çox yüksək qiymət qoymur. Teslanın alışı hal-hazırda 30 milyard dollara başa gələ bilər.