Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq

Date:

Paylaş:

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadovla Çinin “Shenzhen GCL Electronics CO LTD” şirkətinin baş meneceri Yan Ven Binin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə rəqəmsal reklam qurğularının Azərbaycanda istehsal sahəsinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.

Bu məqsədlə şirkət ölkəmizə ilkin mərhələdə 3 milyon dollar investisiya yatırmaq niyyətindədir. Azərbaycanda müvafiq istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılmasına və ixrac potensialının artırılmasına gətirib çıxaracaq.

Müəssisənin ilk istehsalı gələn ilə planlaşdırılır. Reklam bazarının dinamik inkişafı fonunda regionda bu tip istehsal sahəsinin olmaması mövcud sahəyə investisiya qoyuluşunu labüd edir.

Qeyd edək ki, Çinin Led monitorlar istehsal edən “Shenzhen GCL Electronics CO LTD” şirkəti dünyada məşhur layihələri ilə – 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Kuboku və Şanxayda baş tutan EXPO sərgisi, 2014-cü ildə reallaşan Çin-Asiya EXPO sərgisi, eləcə də 2015-ci ildə Milanda təşkil edilən EXPO sərgisini həyata keçirməklə tanınır. Şirkət indiyədək dünya miqyasında 10 mindən çox LED monitor layihəsini uğurla tamamlayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...