Hər zaman tələb olunacaq peşələr

Date:

Paylaş:

Müasir dünya sürətlə dəyişir və buna uyğunlaşmağı bacarmaq  lazımdır. Bu, bir çoxlarını narahat edir və onlar “gələcəyin peşəsi”ni mənimsəmək uğrunda növbəti kurslar axtarışında panikaya düşürlər. Lakin elə peşələr var ki, çox əsrlər əvvəl mövcud olub, indi də tələb olunur və qarşıda gələn ən azı bir neçə on ildə də aktual olacaq. Gəlin belə peşələrlə tanış olaq:

  • Taksi sürücüsü

İlk taksi sürücüləri Qədim Romada olub. O zamandan bəri çox inkişaf gedib, amma  nə metro açılması, nə karşerinq ( icarə maşın), nə IT-şirkətlərin pilotsuz taksi buraxmaq vədləri bizi bu daşıyıcıların xidmətindən imtina etməyə məcbur edə bilmədi. Şəhərlərdə hələ də sarı taksi işarəli minlərlə avtomobilə rast gəlmək mümkündür və vəziyyətin nə vaxtsa dəyişəcəyi barədə işarətlər də hələ ki yoxdur. Nəqliyyat növləri və texnologiyalar dəyişə bilər, amma nəqliyyat idarə etməyi bacaranlara hər zaman ehtiyac olacaq.

  • Aşpaz

Həyat səviyyəsi artır, məhsullar əlçatan olur, insanlar daha az bişirib daha çox yeyirlər. Kimsə onların yerinə bişirməlidir, ona görə də bu peşəyə olan tələb çətin ki, nə vaxtsa yox olsun. Restoranlarda, beşulduzlu otellərdə və demək olar ki, bu kimi bir çox yerlərdə hətta qeyri-peşəkar aşpaza belə həmişə ehtiyac duyulur.

  • İnşaatçı və ya arxitektor

İnşaat – daha bir daimi sənaye sahəsi. Misir piramidalarından bu yana vəziyyət bir xeyli dəyişmişdir. Arabaları yük maşınları, blok və yastı qurğuları (rampa) qaldırıcı kranlar, kürəkləri ekskavatorlar əvəz edib, amma arxitektorlar və inşaatçılar minilliklər keçsə belə əvəzolunmaz qalıblar. Çünki, tikintini kimsə layihələndirməli və kimsə də həyata keçirməlidir.

  • Həkim

Səhiyyənin inkişafı ilə əlaqədar olaraq bu sahədə işçilərin sayı azalmır. Daha konkret xəstəlilər üzrə yeni mütəxəssislərə rast gəlinir, naməlum xəstəlikləri vaxtında aşkar etmək mümkün olur, zərərsiz olan bəzi şeylər isə başqa bir sindrom kimi müalicə olunurlar. Bütün bunlar həkimlərə və digər tibb işçilərinə olan tələbatı artırır.

  • Müəllim

Bir insan məqsədyönlü, özünə qarşı tələbkar və təhsilə, biliyə həvəsli, eyni zamanda internetdə  işləmək bacarıqlı da ola bilər. Bütün bunların sayəsində isə o, yerindən qalxmadan yeni bacarıqlara, hətta ixtisaslara yiyələnə bilər. Amma özün inernet ya digər vasitələrdən  nəsə öyrəndiyin hallarda belə canlı bir insanın köməyinə də ehtiyac duyulur. Bu şəxs ya onlayn-kurs yaradıcısı və ya YouTube-da təhsil kanalının müəllifi ola bilər.

Uşaqlar və yeniyetmələrə gəldikdə isə, öz-özünə təhsildən söhbət belə gedə bilməz. İnternetdən edə biləcəkləri iş maksimum halda yeni oyun yükləmək və ya  tərbiyədənkənar əyləncələri izləmək ola bilər. Uşaq beyninə hər hansısa faydalı məlumatı müəllimin ciddi dəstəyi olmadan ötürmək çox çətindir.

  • Musiqiçi, rəssam, şair, aktyor

Bu kateqoriyaya istənilən müəllif və icraçı olan şəxs daxildir. Onları  həmişə tənqid edəcək, onlara nifrət edəcək və istedadsız, faydasız adlandıracaqlar, amma əməklərinin nəticələrindən hər kəs istifadə edəcək. Heç vaxt həkimə müraciət etməmək, məktəbə ancaq pis havada getmək, məmurlarla ünsiyyət qurmamaq olar, amma çətin ki, kimsə uzun müddət musiqi dinləmədən və ya film izləmədən dayana bilsin.

  • Reklamçı 

Reklam, ticarətin yaranması ilə yaranıb. Buna müvafiq olaraq da, ticarətin yox olması ilə yox olacaq. Bu isə o deməkdir ki, heç vaxt. İlbəil bütün dünyada satış həcmi ancaq artır.Biz əvvəllər məhsul kimi təsəvvür belə etmədiklərimizi satmağa və almağa başlayırıq. Bütün dünya üzrə uzaq ticarət imkanları yaranır. Bütün bunlar marketoloqlara, ”copywriter”lərə və piarçılara olan tələbatı ancaq və ancaq atırır. Bundan əlavə, texnologiyalar, reklam və təşviqat sahəsində SMM-çilər, targetoloqlar, SEO-mütəxəssislər kimi yeni peşələrin əmələ gəlməsinə səbəb olur.

  • Hüquqşünas

Keçmiş postsovet məkanında hüquqşünas peşəsi çox yüksək nüfuza malik idi. Nəticədə əmək bazarı hüquq fakultəsinin məzunları ilə dolu olub. Onların çoxu satış üzrə menecer və ticarət nümayəndəsi kimi yaxşı vəzifələri tutublar. Zamanla tələb və təkliflər bərabərləşib, amma hakim, prokuror, vəkil vəzifələri və notarius işləri yoxa çıxmayıb. Bütün istiqamətlər üzrə münasibətlər getdikcə çətinləşir, qanunlar artır, çox tez-tez mübahisəli vəziyyətlər yaranır və bu da ona gətirib çıxarır ki, hüquqşünaslara tələb ancaq çoxalır.

  • Mühəndis

Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq ona olan tələbin də artacağı daha bir peşə mühəndis işidir. İlk mühəndislər sənaye inqilabını yaradan dahi ixtiraçılar olublar və bu inqilab dünyanı inanılmaz dərəcədə dəyişib. İndiki zamanımızda maşınların və avadanlıqların sayı günbəgün artır. Onların qurulması və istismarı isə mühəndislərsiz mümkün deyil. Bu peşəyə yiyələnmək üçün dahi olmaq lazım deyil – sadəcə texniki məktəb bitirmək kifayətdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...