“10 ildən sonra bütün ölkələr vizaları ləğv edəcək”

Date:

Paylaş:

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv olunacağını güman edir.

Bu barədə UNWTO Baş Asambleyasının XIII sessiyasında təşkilatın Baş katibi Zurab Pololikaşvili bildirib.

“Təqribən on il əvvəl dünya əhalisinin 77 faizi vizalara ehtiyac duyurdusa, indi bu göstərici 50 faizdən bir qədər çoxdur. Yenə də böyük rəqəmdir. On ildən sonra vizaların aradan qalxacağına ümidvarıq. Qoy övladlarımız vizanın nə olduğunu bilməsin. Arzumuz turizmin hamı üçün açıq olmasıdır”, – təşkilatın baş katib deyib.

O, hazırda bir sıra ölkələrdə “xüsusi təhlükəsizlik məsələləri” qalsa da, viza rejiminin bütövlükdə ləğvinə tərəfdar olduqlarını diqqətə çatdırıb.

“Başlıca tövsiyəmiz bu kimi əngəlləri aradan qaldırmaq, vizalardan yaxa qurtarmaq, turizmin hər kəs üçün rahat olmasına nail olmaqdır”, – Z.Pololikaşvili vurğulayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...