Porsche 911 ilin ən gəlirli maşını adlanıb

Date:

Paylaş:

Əfsanəvi Porsche 911-in  səkkizinci nəsli alman istehsalçısına rekord gəlir gətirib. Bu gəlir, Taycan şirkətinin ilk elektrik avtomobilinin istehsalı üçün  Porsche-yə lazım olan xərcləri balanslaşdırmağa kömək edəcək.

Porsche 911-in 992 seriyalı kimi tanınan son versiyası il ərzində təqdim olunan bütün maşınlar içərisində ən gəlirlisi olub. Bu barədə Bloomberg xəbər verir. Sport maşınların səkkizinci nəsli Porsche AG-yə şirkətin əldə etdiyi ümumi gəlirin 30%-ni qazandırıb, bununla belə, ona satışdan cəmi 11% gəlib. 

Bu gəlir göstəricisinə görə ən son Porsche modeli Ferrari F8 Tributo, Aston Martin DBX, Mercedes-Benz GLE və ya BMW X5-i üstələyib. Bloomberg analitiki deyir : ” Bu maşınlar həqiqətən şirkətlərə yüksək gəlir gətirənlərdir”. Amma yeni nəsil Porsche 911 onların fonunda belə fərqlənərək önə çıxır. “ Bu çox sadə bir hesabdır: Porsche 911 özü özlüyündə gəlirli bir maşındır, modelin bütün yeni nəsillərini hesaba alanda isə gəlir daha da çox olur” – deyə, analitik qeyd edir. O belə izah edir ki, maşının keramik əyləci, turbo yükləmə texnologiyası və digər bahalı texnologiyaları var  və onların sayəsində şirkət artıq xərclər olmadan pərakəndə qiymətləri artıra bilir.

Analitik bildirir ki, Turbo modeli özü özlüyündə elə xalis mənfəət deməkdir – “Məsələn, Porsche 10 000 Turbo modeli, üstəgəl hansısa sayda GT3 və Turbo S avtomobillərini satır. Belə olan halda tək bir Turbo-dan şirkət 500 milyon dollar qazanır”.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...