Ukrayna bazarında “Naxçıvan” brendli konyak satışa çıxarılacaq

Date:

Paylaş:

Ukrayna bazarında Azərbaycana məxsus şərab məhsullarının çeşidi genişləndirilir.

Bu barədə  Azərbaycan şərablarının Ukraynada satışı ilə məşğul olan şirkətdən məlumat verilib.

Bildirilib ki, yaxın vaxtlarda Azərbaycanın meyvə araqları, “Naxçıvan” brendli konyakı, “Borçalı” adlı şərabı Ukrayna bazarlarında satışa çıxarılacaq. “Qarabağ” brendli şərabın da Ukrayna bazarlarına çıxarılması üçün danışıqlar aparılır. Artıq Ukrayna bazarlarında Azərbaycan şərabları öz yerini möhkəmləndirib.

Qeyd edək ki, Azərbaycanın əfsanəvi “Ağdam” şərabı, “Şuşa” konyakı Ukraynanın bazarlarında kifayət qədər tanınır. Ümumilikdə Azərbaycana məxsus 50-dək adda şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində, o cümlədən “AŞAN”, “NOVOS” “MEQA” hipermarketlərində, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki marketlərdə satışa çıxarılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...