Gəncədə antisanitar şəraitdə heyvanların daxili orqanları və dərisini emal edən sex aşkarlandı

Date:

Paylaş:

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində monitorinqləri davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, həyata keçirilən monitorinqlər çərçivəsində qurumun əməkdaşları tərəfindən Gəncə şəhəri, Ə. Əliyev küçəsi, ev 307 a ünvanında fəaliyyət göstərən fiziki şəxs Zeynalov Əkbər İbrahim oğluna məxsus müəssisəyə baxış keçirilib.

Baxış zamanı məlum olub ki, sexdə iri və xırdabuynuzlu heyvanların dərisinin qəbulu, ilkin emalı, tədarükü və daxili orqanlarının təmizlənməsi prosesi texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət olunmadan həyata keçirilir.

Aşkar olunub ki, müəssisədə iri və xırdabuynuzlu heyvanların dərisinin ilkin emalı zamanı baytarlıq-sanitariya qaydaları kobud şəkildə pozulur, heyvanın dərisinin qəbulu və daşınması baytarlıq şəhadətnaməsi olmadan həyata keçirilir. Sexdə emal edilən məhsulların və xammalın sağlam təsərrüfatlardan qəbulu şübhə doğurduğundan və sözügedən müəssisədə yoluxucu xəstəlikərin ətraf mühitə yayılma riski yüksək olduğundan aşkarlanan nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...