Dişlərin düzləşdirilməsi biznesi iki 30 yaşlı startapçını milyarder edəcək

Date:

Paylaş:

“SmileDirectClub” startapı dişlərini düzləşdirmək istəyən şəxslərə breketlər əvəzinə şəffaf qapaqlar təklif edir. Şirkətin xidmətləri ortodontdan daha ucuzdur. Qarşıdan gələn Nasdaq IPO-su SmileDirectClub-un 30 yaşlı qurucularını Amerikanın ən gənc milyarderlərindən edir.

Bu ay “SmileDirectClub” ilk dəfə  Nasdaq Nyu-York birjasına çıxacaq. Şirkət dişlərin düzləşdirilməsi üçün olan elayner adlı xüsusi aparatlar istehsal edir. Birja üçün şirkət hər səhmə görə 19-22 dollar diapazonundan qiymət qoyub. Ticarət SDC tikeri altında aparılacaq. IPO nəticəsində şirkətin 30 yaşlı qurucuları ABŞ-ın ən gənc milyarderləri sırasında olacaqlar. 

30 yaşları olan Jordan Katzman və  Alex Fenkell şirkəti 2014-cü ildə yaradıblar. Hal-hazırda  onlardan hər birinə B sinfi səhmlərinin təxminən 25%-i aiddir. Əgər ilk IPO-da şirkətin səhmlərinin qiyməti gözlənilən diapazonun aşağı həddinə yaxın olsa Jordanın payı 1,4 milyard dollar olacaq. Alex-in payına isə 1,3 milyard dollar düşəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...