Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot- 1. Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum evinin və uşaq xəstəxanası binalarının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi (əsaslı təmir) işlərinin satın alınması.
Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar:
-tikinti-quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya ;
-müəssisənin maddi–texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
-təmir–tikinti sahəsində ən azı 3 illik iş təcrübəsi olmaqla maliyyə dövriyyəsi (10,0 milyon manatdan az olmamaqla) haqqında təsdiq edilmiş sənədlər və səhiyyə müəssisələrinin təmir–tikintisində təcrübəsi olan müəssisələrə bal sistemi zamanı qiymətləndirilmədə üstünlük veriləcəkdir.
İştirakçılar Lot üçün 400,00 (dörd yüz) manat iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon -(012)-565-12-41) ala bilərlər.
Rekvizitlər:
B1. Benefisiar (alan) bank/
Beneficiary Bank
Adı/Name DXA
Kodu/Code 210005
VÖEN/INT 1401555071
M h Corr.Acc. AZ41NABZ01360100000000003944
S.W.I.F.T./S.W.I.F.T.CTREAZ22
B2. Alan müştəri/ Beneficiary
Adı/Name AR Səhiyyə Nazirliyi
HesabAccount № AZ81CTRE00000000000002128201
VÖEN/INT 1400049171
Fond- 7, maddə –142340
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə 3 oktyabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq və zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsli və surəti sözləri qeyd edilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar aşağıdakı sənədləri bağlı zərfdə 25 sentyabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
– tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətli olduğunu nümayiş etdirən sənədlər və sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır;
– iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;
– iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;
– tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
– tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Tender təkliflərinin təqdiminin son tarixi 3 oktyabr 2019-cu il saat 17.00-dır.
Tender təklifi zərflərinin açılışı 4 oktyabr 2019-cu il saat 15.00-da olacaqdır.