Google adi istifadəçilər üçün Android 10 sisteminin ilk stabil versiyasını buraxıb. Hələ ki, o ancaq Google Pixel smartfonları üçün keçərlidir.
Şirkət bildirib ki, digər istehsalçıların smartfonlarında Android 10 2019-cu ildən sonra olacaq. Dəqiq tarixi və konkret tərəfdaşların adlarını Google-da bildirməyiblər. Android 10-un beta-versiyasının sınağında Huawei, OnePlus, LG, Xiaomi və digər istehsalçıların bəzi smartfon modelləri iştirak edib.
Android 10-un funksiyaları bunlardır:
Həm bütün sistem həm dəayrıca tətbiqlər üçün aktivləşdirmənin mümkün olduğu tünd mövzu.
“Ağıllı cavab” bildirişlərlə olan müxtəlif fəaliyyətləri dəstəkləyir: məsələn, sistem linki dərhal Chrome-da, videonu YouTube-da, ünvanı kart tətbiqində açmağı təklif edir.
Jestlərlə yenilənmiş naviqasiya: ekran boyunca sürüşdürmə “Geri” düyməsini əvəz edir; sağa sürüşdürmə ilə sistem bildirişi silir, sola sürüşdürmə ilə isə əlavə menyunu açır.
Live Caption – real zamanda istənilən tətbiqdə videoya və audioçarxlara ( məsələn, podkastlar və ya audioismarıclar) subtitrlar qoyur.
Android əməliyyat sisteminin təhlükəsizlik və digər əsas komponentlərinin yenilənməsi Google Play vasitəsilə yüklənir. Beləcə, Google cihazın istehsalçılarının onu yükləməsini gözləmədən, əsas yenilənmələri daha sürətlə yaya biləcək.
Hansı tətbiqlərin və nə zaman məkanı izləyə bilməsinə nəzarət. Məsələn, istifadəçi ancaq aktiv istifadədə olduğu vaxt tətbiqlər üçün izləməni məhdudlaşdıra bilər. Bağladıqdan sonra hansısa tətbiq məkanı izləməyə davam edəcəksə sistem bununla bağlı xəbərdarlıq edəcək.
Focus Mode – istifadəçiləri əsas işdən ( sosial şəbəkələr, messencerlər, YouTube və digər.) yayındıran tətbiqi müvəqqəti dayandırmağa imkan verir. Funksiya 2019-cu ildən sonra işləyəcək.
Ekranın qeyd funksiyası.
5G dəstəyi və elastik ekranlı cihazlar.
Android 10 on il ərzində ilk versiyadır ki, desert adlarının istifadəsindən imtina edib. Buna səbəb bəzi istifadəçilər üçün yeni versiyaların təsnifatındakı çətinliklərdir.