“Samsung” şirkəti 2020-ci ilin əvvəlində “Galaxy Fold” bükülən ekranlı smartfonunun ikinci modelini təqdim etməyə hazırlaşır.
Şirkətdəki mənbələrin dediyinə görə yeni smartfon iki əsas və bir də ön kamera ilə təchiz olunub. Ekranın diametri 6,7 düyüm olan yeni cihaz displeyi içəri qatlanacaq.
Yeni smartfonun bazara çıxarılması bu ay satışa çıxarılacaq birinci modelin nə dərəcədə uğur qazanacağından asılı olacağı, həm də birinci modelə nisbətən daha sərfəli qiymətə satılacağı qeyd olunur.
“Samsung” şirkətinin ilk bükülən smartfonu olan “Galaxy Fold” 4,6 düyümlük və 7,3 düyümlük iki ekrana malikdir. Bunlardan biri smartfon, digəri də planşet qismində işlətmək üçündür. 5G şəbəkəni dəstəkləyəcək olan yeni cihaz 12 GB əməliyyat yaddaşına, 512 GB ehtiyat yaddaşına malik olacaq.