YouTube videoxidmətinin aid olduğu Google şirkəti onun özü trəfindən yaradılan orijinal şoulara ödənişli abunə sistemindən imtina edib.
Şirkətdə bildiriblər ki, YouTube Premium xidmətinin ödənişlərini bağlamaq üçün videoçarxların içində gedən reklamlardan gələn gəlirlər kifayət edəcək. Belə ki.,analitiklərə görə, təkcə keçən il ərzində videoxidmət reklamlardan 15 milyard dollar gəlir əldə edib.
Lakin, ancaq yeni şoular ödənişsiz olacaq. YouTube Premium saxlancında artıq mövcud olan videolar isə şirkətin imzalanmış müqavilələr üzrə öhdəlikləri ilə əlaqədar olaraq “paywall”da qalacaqlar.
Beləcə, YouTube Netflix, Apple, Disney və digər striminq xidmətlərinin istifadə etdikləri modellərdən imtina edib.