Proqramçılar Skype-a bütün platformalar üçün keçərli olacaq bir sıra yeni funksiyalar əlavə ediblər. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilir.
Bir qədər sonra yenidə üzərinə qayıtmaq üçün messencerə gələn mesajları qaralamada saxlamaq imkanı yaradılıb. Onlar müvafiq “draft”larla qeyd olunacaqlar, tətbiqetmə onu elə yadda saxlayacaq ki, istifadəçi hətta Skype-dan çıxıb sonra yenidən ora qayıdanda da onlarla işləyə biləcək.
Bundan başqa, Skype-da mesajı əlfəcinə də əlavə etmək mümkün olacaq: bunun üçün “siçan”ın sağ düyməsi ilə onun üzərinə sıxmaq lazımdır. Həmin mesaj xüsusi əlfəcinlər bölümünün yaddaşında saxlanacaq.
Skype-a əlavə olunan daha bir yenilik: istifadəçinin paylaşdığı media-fayllara öncədən baxış. Həmsöhbətinə göndərmək seçdiyi faylların önbaxışı lentdə mətn üçün pəncərənin yuxarısında əks olunur. Oradan lazımsız faylları silmək, yenilərini əlavə etmək, onları imza ilə tamamlamaq mümkündür.