Azərbaycanda 2021-ci ildə Avro-5 dizel yanacağının istehsalına başlanacaq

Date:

Paylaş:

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundu (BNEZ) Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2021-ci ildə başlayacaq.

Bunu jurnalistlərə açıqlamasında BNEZ-in modernizasiya və yenidən qurulması layihəsinin direktoru Nihal Allahverdiyev bildirib.

Onun sözlərinə görə, Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalı zavodda aparılan modernizasiya və yenidənqurma işlərinin nəticəsində mümkün olacaq.

Avro-5 standartlarına uyğun benzinin istehsalına zavodda dizel yanacağının istehsalına başlayandan sonra bir qədər sonra start veriləcək, deyə N. Allahverdiyev qeyd edib.

Xatırladaq ki, daha öncə SOCAR Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2020-ci ildə, benzinin istehsalına isə 2021-ci ildə başlamağı planlaşdırdı.

Qeyd edək ki,  yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra BNEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. Layihənin reallaşdırılması 2025-ci ilədək bitəcək. Hazırda zavodda 6 işlək qurğu var, 2025-ci ildə isə qurğuların sayını 24-ə çatdırılacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...