“FoEİ”( Friends of Earth İnternational) təşkilatı süni ətli İmpossible Foods burgerlərinin satışına qarşı çıxıb. Ekoloqlar tərkiblərində olan leqhomoqlobinə görə onların təhlükəsizliyinə şübhə edirlər.
Onları genetik modifikasiya olunmuş mayadan hazırlayırlar və bu da ekoloqlara görə insan sağlamlığı üçün təhlükəlidir. İmpossible Foods isə ondan öz burgerlərinə ət rəngi və qoxusu qatmaq üçün istifadə edir.
Adıçəkilən təşkilat leqhomoqlobinin qida məhsullarında istifadəsi ilə bağlı elmi təhlükəsizlik qiymətlədirməsinin olmamasını qeyd edir və ona görə də əminliklə bildirir ki, həmin qida məhsulları bazara çıxarılmamalıdır.
ABŞ-ın Qida və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət idarəsinin (FDA) nümayəndəsi Peter Cassell bildirib ki, idarə ekoloqların etirazına baxacaq.
Avqustda Whole Foods supermarketlər şəbəkəsinin baş direktoru John Mackey bildirib ki, soyalı ət orqnizm üçün deyil ekologiya üçün faydalıdır. Sahibkar belə hesab edir ki, belə qida sağlamlığa ziyandır və orqanizmi qidalandırmır.
İmpossible Foods-un baş direktoru Pat Brown iyulda xəbər verib ki, 2035-ci ildə insanlar təbii ət yeməyəcəklər. Elə həmin ayda da istehsalçı “soyalı” balıqlar hazırlamağa başlayıb.