Şirkətin həmtəsisçisi : “Apple şirkəti çoxdan hissələrə ayrılsaydı daha yaxşı olardı”

Date:

Paylaş:

Apple şirkətinin həmtəsisçisi olan Steve Wozniak Bloomberg saytına müsahibəsində bildirib ki, Apple şirkəti vaxtı ikən ayrılsa idi daha yaxşı olardı. “Mən istəyərdim ki, Apple şirkəti çoxdan ayrılsın və uzaq yerlərdə bir-birindən asılı olmayan şöbələr yaratsın. Mən, Hewlett Packard şirkəti ilə çalışanda onlar məhz bu cür etmişdilər” – deyə Wozniak bildirib.

Öz fikri ilə Wozniak tərtibatçılar üçün daha rahat iş mühitinin yaradılmasını nəzərdə tutur. Yəni onlar bir vaxtlar HP şirkətində də olduğu kimi tamamilə müstəqil şəkildə çalışa bilərlər. HP şirkətinin mühəndisləri gecələr işə gələ bilərdilər, onlar özəl prototiplərin yaradılması üçün istənilən alətə və detallara sahib idilər.

Lakin vaxtı ikən HP şirkəti personal kompüterin yaradılması məsələsində Wozniak-a 5 dəfə rədd cavabı vermişdi. Nəticədə isə Apple şirkəti yarandı və o öz ilk cihazlarını istehsal etməyə başladı. Wozniak Apple şirkətini dünyanın ən yaxşı şirkəti hesab edir. Belə ki, o, Facebook və Google kimi insanları izləyərək deyil məhsul sataraq vəsait qazanır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...