Son zamanlar məlumat yayılıb ki, Vergilər Nazirliyi mağazadan kassa çeki almayan vətəndaşları da cəzalandıracaq. İddialara görə, bununla bağlı qanun layihəsi hazırlanır. Çeklə bağlı suallar mənə dəfələrlə verilib. Amma iddianın rəsmi olaraq mənbəyinin sübutu yoxdur. VN bu addım atması nə qədər real görünür, bilmirəm. Çünki qeyri adi VN tərəfindən atılan addımlar göz qabağındadır.
Bundan əlavə hələ 2019-cu ildə bəzi Vergi Məcəlləsində olan dəyişikliklər, hələ tam həllini tapmayıb. Bunun müqabilində belə atılan addımı indiki halda, mən məqbul olacağını hesab etmirəm. Ümumiyyətlə dünya praktikasında, çek almayan vətəndaşın cəzalandırma mexanizmi yoxdur. Bu yalnız könüllü sürətdə həyata keçirilir. Ola bilər ki, VN çeklə bağlı atdığı addımı effekt verməyəcək və bunu düşünənlər, daha sərt mövqeyin ortaya qoyulacağını iddia edirlər. Amma istənilən halda VN atdığı addımların bəziləri alqışalayiq olsa da, bəzi addımların hələ də işlək mexanizmi yoxdur.