Dünyanın ən bahalı avtomobillərindən biri Bakıdadır.
Bu barədə Feysbuk sosial şəbəkəsində “Cars in Baku” səhifəsi məlumat verib.
12 milyon 800 min dollar qiyməti olan “Rolls-Royce Sweptail” paytaxtımıza tranzit olaraq gətirilib.
Çinli iş adamına məxsus avtomobil hazırda “Baku Cargo Terminal”ında saxlanılır.
Avtomobil sözügedən şəxs üçün individual olaraq 1 nüsxədə hazırlanıb. Onun avtomobil kolleksioneri olduğu deyilir.