Maliyyə üzrə Barron nəşriyyatının ekspertləri bu il üçün ən yaxşı şirkət rəhbərlərinin siyahısını açıqlayıb.
Bu World’s Best CEO reytinqinin 15-ci buraxılışıdır. Reytinqə daxil olan bütün şirkət liderləri üç qrupa bölünüblər: mütərəqqi şirkət rəhbərləri, inkişaf liderləri və dəyişiklik tərəfdarları.
Gəlin “Barron”a görə bu ilin 9 ən mütərəqqi iş adamlarının kimliyinə nəzər salaq:
Jeff Bezos, Amazon.com-un qurucusu, idarə heyətin sədri və rəhbəri
Jeff Bezos amerikalı sahibkar, Amazon.com internet-şirkətinin yəhudi əsilli qurucusu və rəhbəri, həmçinin, Blue Origin aerokosmik şirkətinin yaradıcısı və sahibi, eyni zamanada The Washington Post nəşriyyatının da sahibidir.
2018-ci ildə Forbes-ə görə 135,6 milyard dollar sərvətlə birinci yer tutaraq dünyanın ən zəngin adamı olub.
Warren Buffett, Berkshire Hathaway-in rəhbəri və idarə heyətinin sədri
O, amerikalı sahibkar, dünyanın ən iri və məşhur səhmdarlarından biridir. Warren Buffett dünyaürə ən zəngin şəxslərdən biridir və 2018-ci ildə sərvətinə görə ABŞ əhalisi arasında üçüncü yeri tutub.
Bəşəriyyət tarixinin ən böyük ianəçilərindən biridir : 2010-cu ilin iyununda o, 97 milyard dollarlıq sərvətini 5 xeyriyyəçilik fonduna pulsuz köçürməsi barədə xəbər verib.
Stephen Schwarzman, Blackstone Group LP-nin qurucusu və rəhbəri
O, amerikalı iş adamı və səhmdardır. Blackstone Group investisiya şirkətinin rəhbəridir. Forbes-ə görə onun sərvəti 7,7 milyard dollardır.
Schwarzman İelsk universitetinin menecment məktəbinin professoru və John F. Kennedy Center for the Performing Arts-ın qəyyumlar şurasının sədridir.
Laurence Fink, BlackRock Inc.-in rəhbəri və idarə heyətinin sədri
BlackRock Inc baş ofisi Nyu-Yorkda yerləşən beynəlxalq investisiya şirkətidir. Bu istiqamətdə o, dünyanın da ən iri şirkətlərindən biri sayılır. O, nəzarətdə olan aktivlərin həcminə görə dünyanın ən iri şirkətidir.
Şirkət 1988-ci ildə yaradılıb və əvvəlcə Blackstone Group-un tərkibinə daxil olub. O, başda Laurence Fink olmaqla səkkiz nəfər tərəfindən qurulub.
Reed Hastings, Netflix-in yaradıcısı və rəhbəri
Netflix – Amerikanın əyləncə şirkəti, axın multimediyası əsasında serial və filmlərin provayderidir. 1997-ci ildə Reed Hasting və Marc Randolph tərəfindən qurulub.
Baş ofisi Kaliforniyada, Los-Qatosda yerləşir. Netflix 2013-cü ildən öz filmlərini, seriallarını və televiziya proqramlarını istehsal edir.
2019-cu ilin yanvar ayına olan göstəriciyə görə şirkətin dünya üzrə 139 milyon, ABŞ üzrə isə 58,49 milyon izləyicisi olub.
Ma Huateng, Tencent-in qurucusu və rəhbəri
Ma Huateng çinli sahibkardır. O, həmçinin milyarder və Tencent telekommunikasiya şirkətinin direktorlar şurasının sədridir.
Digər iri çin şirkətlərində olduğu kimi onun biznesinin də uğuru nəhəng çin bazarı üçün qərb analoqlarının yenilikçi surətini yaratmağındadır.
Ma Huateng-in biznes strategiyasının özəlliyi ondadır ki, digər iri çin şirkətləri ilə müqayisədə daha fəal olaraq xarici aktivlərə sərmayə qoyur.
Larry Page, Google-un qurucusu və rəhbəri
O, Sergei Brin-lə birgə Google axtarış sisteminin proqramçısı və qurucusudur.
Page – Google-un ən məşhur link sıralaması alqoritmi PageRank-ın ixtiraçısıdır.
2004-cü ildə o, Markoni mükafatını alıb. Müxtəlif versiyalara əsasən Larry Page planetin ən varlı insanları sırasına daxildir.
Jeffrey Sprecher, IntercontinentalExchange-in rəhbəri və idarə heyətinin sədri
O, amerikalı iş adamı, Intercontinental Exchange-in yaradıcısı, baş icraçı direktoru və idarə heyətinin sədridir. Həmçinin, Nyu-York fond birjasının da sədridir.
Intercontinental Exchange, Sprecher-in rəhbərliyi altında öz sıralarına bəzi iri birjaları, eyni zamanda 2001-ci ildə Beynəlxalq neft birjasını, 2006-cı ildə NYBOT-u, 2013-cü ildə NYSE Euronext-i, 2018-ci ildə isə Çikaqo fond birjasını daxil edib.
Mark Zuckerberg, Facebook-un rəhbəri
O, amerikalı proqramçı, intrenet-texnologiya sahəsində təşəbbüskar və dollarlar sahibidir. Zuckerberg Facebook sosial şəbəkəsinin proqramçılarından və qurucularından biridir. Facebook Inc. şirkətinin rəhbəridir.
2015-ci ildə Facebook dünya üzrə ikinci ən çox ziyarət olunan sayt olub, Mark Zuckerberg isə – rəsmi olaraq 1 dollar qazancla ən gənc dollar milyarderi.