Microsoft yenilənmiş Edge-ni sınaqdan keçirir

Date:

Paylaş:

MacRumors yazır ki, Microsoft şirkəti Edge brauzerinin rəsmi beta-sınağına başlayıb. Bundan əvvəl şirkət onu Google-un Chromium mühərrikinə köçürmüş və çarpaz-platforma etmişdir.

Yenilənmiş Edge-ni Microsoft saytından yükləmək mümkündür. Onun Windows və macOS üçün versiyaları var. Yeni özəllikləri arasında: əlavələrin kastomizasiyası, qara mövzu dəstəyi və Microsoft Insider Addons və ya Chrome Web Store mağazalarından genişlənmə.

Brauzerdə həmçinin, reklam trekinqindən qorunma da quraşdırılıb, qaydası üzrə axtarış isə Bing-ə məxsusdur. Edge-nin nə vaxt beta-rejimdən çıxıb rəsmi olacağı hələ ki məlum deyil.

Microsoft ağ xakerlər üçün bug bounty proqramlarının da işini uzadıb. Şirkət brauzerin işindəki kritik boşluqlar barədə xəbərdarlığa görə 15 000 dollara qədər ödəniş etməyə hazırdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...