Türkiyənin köklü avtobus şirkətlərindən “Kamil Koç”, Almaniyanın “Flixmobiliy” şirkətinə satılır. Satış üçün Rəqabət Təşkilatına müraciət edilib.
2011-ci ildə Almaniyada qurulan “Flixmobiliy”, Avropa və ABŞ-da “Flixbus” brendi ilə xidmət göstərir. Avtobuslar ilə beynəlxalq və şəhərlərarası sərnişin daşıyan “Flixbus” daha çox iki mərtəbəli avtobuslardan istifadə edir.
Razılaşma ilə əlaqədar açıqlama verən “Flixmobility”nin qurucusu Jochen Engert deyib: “”Kamil Koç”u ailəmizə qataraq Türkiyə səyahət bazarında yeni bir dövr başladacağımız üçün çox həyəcanlıyıq. Həmçinin “Kamil Koç”un az qala 100 illik təcrübəsindən faydalanacağımız üçün xoşbəxtik. Səfər şəbəkəmizi daha da genişləndirməyə və tariflərimizi müştəri tələblərinə görə yaxşılaşdırmağa fokuslanacağıq”.