Reuters yazır ki, Springhill prosessorundan artıq Facebook istifadə edir. Nervana NNP-I ( Springhill) verilənlərin emalı mərkəzi üçün yaradılıb.
Prosessor İsraildə şirkətin proqram mərkzində, 10 nanometrlik Ice Lake prosessoru bazasında yaradılıb. Intel deyir ki, o, az enerji xərcləməklə ağır yüklənmələrin öhdəsindən gəlir.
Inteldə qeyd ediblər ki, Habana Labs və NeuroBlade də daxil olmaqla, İsrailin süni zəka startaplarına yatırım etdikdən sonra prosessoru işləyib hazırlaya biliblər.
Şirkətdə belə hesab edirlər, yeni çip Intel Xeon server mikroprosessorlarının imkanlarını tamamlayır və süni zəka sahəsində çətin hesablamalara artan tələbin öhdəsindən gəlməkdə onlara kömək edir.