2018-ci ildə bir qrup istifadəçi ABŞ-ın Federal ticarət komissiyasına şikayət edib. Onlar YouTube-u yetkinlik yaşına çatmayanlarla bağlı məlumatları toplamaqda və onlardan targetinq reklamlarında istifadə etməkdə günahlandırıblar. 2019- cu ilin iyununda The Wall Street Journal mənbələri bildiriblər ki, YouTube uşaq kontentini ayrıca tətbiqə daşımağı düşünüb.
Bloomberg-in məsələ ilə tanış olan üç mənbəyindən əldə edilən məlumata görə, artıq YouTube uşaqlarla bağlı videoçarxlarda targetinq reklamlarından imtina etmək qərarına gəlib. YouTube və FTK-da rəy bildirməkdən imtina ediblər.
Washington Post-un məlumatına görə 2019-cu ilin iyulunda FTK YouTube-la razılığa gəlib – şirkət “çoxmilyonluq cərimə” ödəməli olacaq. Razılığın dəqiq şərtləri və məbləği açıqlanmır. YouTube-un reklamlardan imtina etməsinin razılığın şərtlərindən biri olub-olmaması məlum deyil.
Loup Ventures araşdırma şirkətinin qiymətləndirməsinə görə, YouTube uşaq videolarından ildə 500-700 milyon dollar qazanır. Targetinq reklamdan imtina isə ildə təxminən 50 milyon dollar itkiyə gətirib çıxara bilər.