Instagram öz sistemində boşluq aşkar edəcək şəxslərə pul mükafatı verəcək

Date:

Paylaş:

Məşhur Instagram fotoservisi istifadəçi məlumatlarını oğurlayan tətbiqlərin aşkar edilməsi üçün mükafatlandırma sistemini işə salıb. Bu barədə Business Insider saytı xəbər verib. 1 il bundan öncə öz sistemində boşluqların aşkar edən şəxslərə Facebook şirkəti pul mükafatı verməyə başlamışdı. “Facebook tərəfindən təqdim edilmiş bu proqramın genişləndirilməsi istifadəçilərin təhlükəsizlikləri yolunda vacib addım olacaq” – deyən Instagram servisinin aparıcı mühəndislərindən biri qeyd edib.

Instagram təmsilçiləri bildiriblər ki, veriləcək pul mükafatının həcmi görülmüş işin və tapılmış sistem boşluğunun miqyasından asılı olacaq. Məlumata əsasən Facebook-da sistem boşluğunun aşkar edilməsinə görə verilən pul mükafatının orta həcmi 1500$ təşkil edir. Hələ avqust ayının əvvəlində məlum olmuşdu ki, Instagram irimiqyaslı istifadəçi məlumatlarının sızdırılmasına yol verib. Belə ki, Hyp3er adlı marketinq şirkəti Instagram istifadəçilərinin yerləşdikləri yerləri izləyir və Instagram qaydalarına zidd olaraq istifadəçilərin hesablarındakı məlumatları və Stories paylaşımlarını özündə saxlayırdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...