Ermənistanda oktybarın 6-dan 9-na qədər informasiya texnologiyaları üzrə WCIT 2019- sammiti keçiriləcək. Foruma 70 ölkədən 2500 nümayəndə qatılacaq.
Onların 59-u müharizəçi və 12-si iisə ayrı-ayrı ölkələrin texnologiya üzrə nazirləri olacaq.
Ermənistanın “Jamanak” qəzetinin məlumatına görə forumun qonaqları arasında ABŞ-ın eks-prezidenti Barak Obama, Facebook-un təsisçisi Mark Zukerberq və Microsoft-un yaradıcısı Bill Geyts açıqlama verib.
“Dəvət üçün lazım olan vəsaiti sponsorlar öz üzərlərinə götürüblər. Politoloq Suren Sarkisyanın fikrincə, Obamanın mərasimə dəvəti üçün 450-800 min dollar aralığında vəsait lazımdır”-deyə qəzet yazır.
Forumda iştirak etmək üçün Ermənistan vətəndaşı 400, digər ölkənin vətəndaşı isə 600 dollar ödəyəcək.