Backlink nədir?

    0
    109

    Backlink nədir?

    Hərfi tərcümədə “geri bağlantı” mənasına gəlir. Bir saytın digər bir sayta vermiş olduğu linkdir.
    Təsəvvür edək ki “bca.az” adında bir veb saytınız var və “abcd.com” adında başqa bir veb sayt sizin saytınızdakı hər hansı bir yazı və yaxud digər bir məzmunu, mənbənin sizin sayt olduğunu göstərərək, öz oxucularına təqdim edir. Yəni sizi, öz istifadəçilərinə doğru şəkildə tövsiyyə edir. Verilən link sizin üçün backlink, link verən sayt üçün isə “external link” adlanır.
    Backlink, axtarış sistemləri robotlarına sizin məzmununuzun güvənilən və oxunmağa dəyər olduğu siqnalını verir. Bir çox sayt eyni veb səhifəsinə və ya veb sayta bağlanırsa, axtarış sistemləri bunu axtarış nəticələrində üst sıralarda göstərməyə dəyər bir məzmun olaraq qəbul edir. Təbii ki, bu, saxta backlinklər alaraq saytınızın ranking dəyərini artıra bilərsiniz demək deyil.
    Bağlantılar ilk dövrlərdə seo optimizasiya və alqoritmlər üçün o qədər təsirli bir faktor idi ki, sadə məntiq olaraq keyfiyyətli olmazsa, link almazdı deyə düşünülürdü. Yəni bir növ, siz dostlarınıza pis bir restoranı məsləhət görməyəcəyiniz kimi, sayt sahibləri də sizi keyfiyyətsiz məzmuna yönəltməzdi. Ancaq sonralar bunun belə olmadığı görüldü.
    Backlinklərin saytın dəyəri üzərində təsirli olduğunun öyrənildiyi ilk dövrlərdə bunun biznes aləti olaraq istifadəsi çox yayğın idi. Belə ki, saytlar pul qarşılığında saxta backlinklər alırdı. Google bu qaydanı ilk dəfə tənzimləyərkən backlink saxta olmamalı, keyfiyyətli olmalıdır deyə ayırmadığı üçün bir müddət bu proses davam etdi. Daha sonra Google Penguin Alqoritmi vasitəsi ilə bu bağlantıları taparaq qarşısını aldı və bundan istifadə edən saytları axtarış nəticələrindən silərək seo fəaliyyətlərini qaydalara uyğun yerinə yetirənləri mükafatlandırdı. –