Misfit şirkəti Vapor X saatını buraxıb. Şirkət bildirir ki, o, Wear OS-un ən yüngül və effektiv “ağıllı” saatıdır.
Vapor X 1,19 dyümlük AMOLED displeyə malikdir, onun 42 mm-lik korpusu isə 43 qramlıq yüngül alüminium ərintidən hazırlanıb.
Saat Qualcomm Snapdragon 3100 prosessoru ilə təchiz olunub. 512 Mb əməli, 4 Gb daxili yaddaşa malikdir. Əgər alıcı nəsə daha güclü bir saat istəmiş olsa, yeni Fossil Gen 5, bu baxımdan istisnadır : onlar 1 Gb RAM yaddaşa və 8 Gb disk sahəsinə malikdirlər. Cihazda OC Wear bazasında əlavə RAM istifadəsinin öz problemlərini həll etməyə kömək edə bilib-bilməyəcəyi hələ də qərara alınmayıb. Vapor X yəqin ki, əgər standart özəllikləri qoruyub saxlasa, çox ziyan çəkməyəcək.
Əslində Vapor X və Gen 5 çoxlu ortaq xüsusiyyətlərə malikdirlər. Hər ikisi cihazda GPS, Google Pay üçün NFC dəstəkləyir. Bundan başqa, ürək ritmi datçikləri var və 30 metr dərinliyə qədər suyadavamlıdırlar. Fossil Group-un Misfit-ə məxsus olmasını nəzərə alsaq bənzərliklər heç də təsadüfi deyil.
Lakin bəzi fərqlər də vardır. Gen 5-də Vapor X-in özəlliyinə daxil olmayan dinamik funksiyası var və payızda Fossil, Gen 5 üçün iOS istifadəçilərinə zəngləri birbaşa saatlarda qəbul etməyə imkan verən tətbiq buraxmağı planlaşdırır. Bu, Wear OC cihazı üçün ilk dəfədir.