Qatlana bilən smartfonlar bazarı ələ keçirtməyə hazırlaşırlar

Date:

Paylaş:

IHS Markit analitik şirkəti böyük şirkətlərin qatlana bilən smartfon modelləri barəsində proqnozları əks etdirən hesabatı təqdim edib. Baxmayaraq ki, Samsung ilə Huawei şirkətlərinin qatlana bilən smartfon modelləri hələ satışa çıxmayıblar, mütəxəssislər əmindirlər ki, qatlana bilən ekrana sahib cihazların bazarı zəbt etmələrinə çox az qalıb. Onlar hətta bu məsələdə konkret zaman göstəricisini də qeyd ediblər. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.

Analitiklərin məlumatlarına əsasən bu ilin birinci yarısında smartfon istehsalı göstəriciləri keçən il ilə müqayisədə aşağı düşüb. Lakin AMOLED ekranların istehsal göstəriciləri olduğu kimi qalıb. Əksinə bu ilin ikinci yarısında AMOLED ekranların satışlarının 30% yüksələcəyi gözlənilir. Bu isə ekranların maya dəyərlərinin aşağı düşməsi və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasının yayılması ilə əlaqələndirilir.

Smartfon bazarında olan sərt rəqabət səbəbilə AMOLED ekranların istehsal texnologiyası təkmilləşdiriləcək və ekrana inteqrasiya edilmiş kamera və əyilə bilən şüşə kimi texnologiyalara tələbat artacaq. IHS Markit şirkətinin proqnozlarına əsasən qatlana bilən ekranlar da bu trendə qoşulacaqlar. Gözləntilərə əsasən 2024-cü ilə kimi onların istehsalat göstəriciləri 50 milyon ədəd olacaq. Hal hazırda qatlana bilən smartfon modelləri də daxil bir çox digər smartfonlar OLED ekranlara sahibdirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...