“Azərbaycan Dəmir Yolları” nın yığılmış zərəri 1 milyard manatı keçib

Date:

Paylaş:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 3 757,571 milyon manat təşkil edib.

Bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 3% çoxdur.

Hesabat dövründə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 13,9% artaraq 2 900,728 milyon manat, cəmi kapitalı isə 22,3% azalaraq 856,843milyon manat, o cümlədən nizamnamə kapitalı 11% artaraq 806,062 milyon manat olub.

2017-ci ildə ADY-nin əməliyyat gəlirləri 384,648 milyon manat (2017-ci ilə nisbətən 5,95% çox), əməliyyat xərcləri 427,596 milyon manat (15,4% çox), digər xərcləri 510,286 milyon manat (8,6% az), mənfəət vergisi ödəmələri isə 2,309 milyon manat (1 il əvvəl qənaət edib) təşkil edib.

Son nəticədə ADY 2017-ci ili 555,543 milyon manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 11,85% çoxdur.

Hesabat dövründə qurumun yığılmış zərəri isə 2 dəfədən çox artaraq 1 103,384 milyon manata çatıb. Qeyd edək ki, səhmdar cəmiyyəti 2018-ci ilin yekunları ilə bağlı maliyyə hesabatını hələ açıqlamayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...