“Samsung” və “Microsoft uzunmüddətli strateji tərəfdaşlığa başlayıb

Date:

Paylaş:

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-ın “Microsoft” korporasiyası ilə qurğu, əlavə və xidmətlərin fasiləsiz məhsuldarlığını təmin edəcək uzunmüddətli strateji tərəfdaşlığa başlayıb.

Şirkətin saytında dərc edilən məlumata görə, söhbət “Microsoft”un yeni “Galaxy Note10” modelinə eksklüziv inteqrasiyasından gedir ki, bu da istifadəçilərə görülən işi smartfon və fərdi kompüterdə asanlıqla birləşdirməyə imkan verəcək.

Məlumata görə, “Samsung” şirkəti “Microsoft Your Phone” əlavəsini “Galaxy Note 10” smartfonuna inteqrasiya edəcək: “Android” mətnli məlumatlar, bildirişlər, o cümlədən qurğunun ekranı “Windows 10” sistemli fərdi kompüterin displeyində görünəcək. Yeni “Samsung Galaxy Note 10” və “Galaxy Note 10 ” smartfonlarının təqdimatında çıxış edən “Microsoft” korporasiyasının mobil qurğular bölməsinin rəhbəri Şilpa Ranqanatanın sözlərinə görə, ilin sonunadək yeni qurğuların “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərlə sinxronlaşdırılması birbaşa kompüterdən zənglərin edilməsinə və qəbuluna da imkan verəcək.

“Samsung”, həmçinin “OneDrive” sinxronlaşdırılması dəstəyini birbaşa “Gallery Android” proqramına quraşdıracaq ki, bu da qurğuda saxlanılan fotoşəkillərin “bulud” saxlama servisi ilə sinxronlaşdırılmasına şərait yaradacaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...