Konsultativ sahibkarlığı

    0
    2696

    Konsultativ sahibkarlığı

    Konsultativ xidmətlərin mahiyyəti və mərhələləri. “Konsul- tant” sözünün latın dilində hərfi mənası məshhMçi deməkdir. İqtisadi və siyasi leksikonda mahiyyət etibarı ilə bu kateqoriya  ütəxəssislərin müəyyən sahədə öz ixtisasına uyğun məsələlər üzrə məsləhətlər verməsidir. Xarici ölkələrin praktikasında haqqı ödənilməklə verilən məsləhətlər idarəetmənin müəyyən sahəsi olub konsaltinq adını daşıyır. İqtisadiyyat və idarəetmə üzrə konsaltinqin Avropa Federativ Assosiasiyasının tədqiqatında göstərilir ki, menecment konsaltinq idarəetməsinin müəyyən məsələləri üzrə məsləhətlər verən və konkret köməkliklər göstorən mütəxəssisi hesab edilir.

    Sənayecə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində konsultativ xidmətlər formasında intellektual kapitalın cəlb edilməsi yeni avadanlıq və intensiv texnologiyanın cəlb edilməsindən daha səmərəli hesab edilir. Lakin müasir şəraitdə ölkədə konsultanta bu cür müsbət münasibət müşahidə edilmir. Bu sahədə paradoksal mənzərə müşahidə edilir. Belə ki, müəssisələrin əksəriyyəti təşkilati idarəetmə xarakterli səbəbdən ağır iqtisadi vəziyyətdə olduğundan bazar münasibətləri şəraitinə uyğunlaşa bilmir və ona görə də bu sahədə mövcud intellektual potensialdan istifadə edə bilmirlər. Rəhbərlik də öz növbəsində kon- sultantın köməyinə müraciət edir, onların maliyyə-təsərrüfat təhlilinin sağlamlaşdırma proqramının, investisiyalann hazırlanması, aktiv marketinq və maliyyə siyasətinin iqtisadi səmərəsini hiss edirlər.

    Konsultativ xidmətlər birdəfəlik şifahi məsləhətlər formasında həyata keçirilir. Lakin onlar konsultativ layihələr formasında da verilə bilər. Konsultativ layihələr aşağıdakı mərhələlər əsasında həyata keçirilir.
    – problemin araşdırılması və ya diaqnostika;
    – qərar layihəsinin hazırlanması;
    – qərar layihəsinin həyata keçirilməsi.

    Axırıncı mərhələ layihənin həcmindən asılı olaraq bir neçə gündən bir neçə ayadək həyata keçirilir. Müştərilərlə əlaqələr çoxillik xarakterli də ola bilər.

    Konsultativ xidmətin metodları. İqtisadi praktikada konsultativ xidmətlərin müxtəlif metodları mövcuddur. Lakin konsultativ xidmətin ən çox üç növü tətbiq edilir. Bunlara da ekspert, proses və təlimatlar aiddir.

    Ekspert konsultativ xidmətlər – konsaltinqin ən passiv formasıdır. Bu zaman konsultant (məsləhətçi) diaqnostika, qərar layihəsinin hazırlanması və onun tətbiqinə dair məsləhətlərin verilməsini müstəqil şəkildə həyata keçirir. Bu şəraitdə müştəri konsultantı yalnız zəruri informasiyalarla təmin edir.

    Prosessual konsultativ xidmətlər zamanı konsaltinq firmasının mütəxəssisi layihələrinin hazırlanmasının bütün mərhələlərində müştərilərlə fəal qarşılıqlı əlaqədə olur, öz ideya və təkliflərinə qarşı tərəflərin münasibətini öyrənir. Konsultant müştəri ilə birgə problemin mövcud vəziyyətini araşdırır, təhlil edir və son nəticədə təkliflər hazırlayır.

    Təlim xarakterli konsultativ xidmətlər zamanı mütəxəssislərin başlıca vəzifəsi qərarların hazırlanması və ideyaların yaradılması üçün münbit şərait yetişdirməkdən ibarətdir. Bu məqsədlə mütəxəssislər müştərilərə mühazirələr oxuyur, seminarlar aparır, müştərilər üçün tədris vəsaiti hazırlayır, onlar üçün zəruri olan nəzəri və praktiki informasiyaları təmin edir.

    Praktikada konsultativ metodların yuxarıda qeyd edilən növləri ay- n-aynlıqda tətbiq edilmir. Hər üç növün kombinasiyasından daha geniş istifadə edilir.

    Sənaye üzrə inkişaf etmiş ölkələrdə konsultativ xidmətlər uzun illərdir ki, bazar iqtisadiyyatı infrastrukturunun ən mühüm elementi hesab edilir. Konsaltinq statistikada müstəqil sahə kimi araşdınlır. ABŞ-da bu sahədə 700 min nəfərdən çox adam məşğul olur, xidmətlərin illik həcmi isə 50 mlrd, dollar təşkil edir. İstər iqtisadi cəhətdən inkişaf etmiş və istərsə də inkişaf etməkdə olan ölkələrdə iqtisadi və idarəetmə qərarlarının heç biri konsultantlann xidmətləri olmadan qəbul edilmir.

    Kommersiya fəaliyyəti əsasında yaranan xüsusi konsultativ xidmət firmaları ilə yanaşı bu sahə ilə bağlı dövlətin informasiya, təlim və tədqiqat təşkilatlan da mövcuddur. Konsultativ xidmətlər ən müx- ləlif səciyyə daşıyır. Avropanın menecment üzrə konsultantları 84 növ konsultativ xidmətlər yerinə yetirir. Bunlar da əsasən 8 qrupda birləşdirilir: ümumi idarəetmə; inzibati idarəetmə; maliyyə idarəetməsi; kadrlar üzrə idarəetmə; marketinq; istehsal; informasiya texnikası; xüsusi xidmətlər.
    Konsultativ layihələrin yerinə yetirilməsinin təşkili. Konsultasiya xidmətlər göstərən firmalar ilə müştərilər arasında əlaqə yaradılanlan sonra təkliflərin hazırlanması başlanır. Təkliflərin hazırlanmasına başlamazdan əvvəl isə məsləhətçinin müştəri firma haqqında kifayət qədər müfəssəl məlumata malik olması zəruridir. Məsləhətçi üçün aşağıdakı məlumatların əldə edilməsi zəruridir: finna nə istehsal edir və konkret olaraq nə ilə məşğuldur, işçilərin sayı nə qədərdir və ixtisas dərsləri necədir.

    Ümumi kollektivdə idarəetmə personalının xüsusi çəkisi, istehsal edilən məhsul və xidmətlərin həcmi, xərclərin strukturu, mənfəətin həcmi və onun mənbələri, firmanın maliyyə vəziyyəti, müqavilələrin sayı, partnyorlarm (tərəf müqabillərinin) etibarlılığı göstərilir. Bundan sonra isə şərait, problemin mahiyyəti və onun dəyişmə dinamikası müəyyənləşdirilir. Daha sonra isə işlərin yerinə yetirilməsi ilə bağlı plan-qrafik tərtib edilir və bir sıra zəruri hüquqi sənədlər hazırlanır. Burada əsas diqqət işlərin yerinə yetirilməsinin plan- qrafikinə yönəldilir. Bu da işlərin yerinə yetirilmə müddətinin dəqiq müəyyənləşdirilməsini əhatə edir.
    Konsultativ layihələrin hazırlanması zamanı işin hansı formada başa çatdırılacağının nəzərdə tutulması da müəyyənləşdirilir. Təbiidir ki, işlərin yerinə yetirilməsi zamanı sifarişçi – firmanın psixologiyasının nəzərə alınması da zəruridir. Sifarişçinin maraqlarının təmin edildiyi şəraitdə onun mənafeyinin qorunması ilə bağlı tədbirlər görülməlidir. Bunun üçün mənafelərin daha çox təmin olunması baxımından hər hansı aralıq variantdan istifadə olunması və onların reallaşdırılması məsləhət görülür. Bu sifarişçi firmanın rəhbərliyi üçün konkret təkliflərin hazırlanmasından, məsləhətçinin təkliflərinin xidmətlərin icrası zamanı müzakirəyə verilməsindən, ayrı-ayrı təkliflərin reallaşması üçün əmrlərin hazırlanmasından ibarət ola bilər. İşin sonunda təkliflərin siyahısı, layihələrin reallaşması ilə bağlı təkrar plan da daxil olmaqla hesabat hazırlanır. Bundan əlavə məsləhətlərin nəticələrinin sənəd- ləşdirilməsinin digər razılaşdırılmış növlərindən də istifadə edilə bilər.

    Konsaltinq firmasının müştəriləri cəlb etmək yolları. Konsultativ xidmətlər bazarının ən mühüm xüsusiyyətlərindən biri bu fəaliyyət növü ilə məşğul olan firmanın “öz məhsulunun nümunələrini”, “öz xidmətlərinin nümunələrini” göstərmək imkanlarından məhrum olmasıdır. Ona görə də bu cür fəaliyyətlə məşğul olan firma qarşısında müştərilərin cəlb edilməsi kəskin problem kimi dayanır.
    Konslutativ xidmətlər göstərən firmaların müştərilər cəlb etmək üsulları müxtəlifdir. Bu üsullar öz fəaliyyətinin reklam edilməsi; vasitəçilər vasitəsilə müştərilər cəlb edilməsi; keçmiş sifarişçilərin rəylərindən istifadə olunması ilə həyata keçirilir.

    Daha sadə və eyni zamanda geniş surətdə tətbiq edilən üsul fəaliyyətin reklam edilməsidir. Firma konsultativ xidmətlər sahəsində imkanlarını göstərən, layihələrin müvəffəqiyyətlə yerjnə yetirilməsinə istinad edən, habelə xidmətlərin dəyərini əks etdirən reklam elanlarını, reklam arayışlarının müxtəlif növlərini geniş yayır. Bundan əlavə vasitəçilərdən istifadə etməklə müştərilərin cəlb edilməsi üsulu dapeniş yayılmışdır. Qərb ölkələrində bu cür vasitəçilərin axtarılıb ta- inlmasınm xüsusi metodikası hazırlanmışdır. Bu məqsədlə də xüsusi \ iisait ayrılır. Bu sahədə həlledici faktor konsultant (məsləhətçi) firmanın müəyyən müvəffəqiyyətə nail olması, onun uğurlu xidməti, rıislordiyi fəaliyyətin nəticələri hesab edilir. Onu da qyed etmək lazımdır ki, iri və habelə orta müştərilərinin müsbət rəyi ən yaxşı reklamdan üstün sayılır.

    Konsultativ xidmətlər sahəsində sifarişçilərin təmin edilməsində konsultant firmanın imici də mühüm rol oynayır. Vizit kartoçkalarının sayı, ofisin müvafiq şəraiti, yerləşdiyi ərazinin əlverişliliyi, xarici gör- komi, firmanın işçilərinin münasibəti – bütün bunlar konsultant firma ılo əməkdaşlıq edəcək sifarişçinin müsbət qərar qəbul etməsinə təsir edən faktorlardandır.
    Konsultant firmaların olması və fəaliyyəti doğrudan da zəruridir- mi? iqtisadiyyatın inkişafının hazırkı mərhələsində iqtisadi vəziyyət  ayrı-ayrı müəssisələrin fəaliyyəti əhəmiyyətli dəyişikliklərə uğrayır ır və daim yeni problemlər yaradır. Bu baxımdan yuxarıdakı sualın (. avabı bir mənalıdır. Bəli, lazımdır, zəruridir. Eyni zamanda müəssi- solorin əksəriyyətinin maliyyə vəziyyətinin ağırlığını və maliyyə vəsait lorinin məhdudluğu nəzərə alınmaqla müəssisələrdə və firmalarda yaranmış problem müəyyənləşdirilməli və yalnız bundan sonra məslə- hotçi dəvət edilməlidir. Ən başlıca problem kimi müəssisənin inkişaf sirategiyasımft araşdınimasına başlanmalıdır. Məhz bütün bu proses- I; irdən sonra firmanın marketinq və innovasiya potensialının inkişafı ilə bağlı problemin həllinə məsləhətlər verilməlidir.