İyun ayında Vergilər Nazirliyi tərəfindən “Material Təchizat” adlı yeni ASC dövlət qeydiyyatına alınıb.
Şirkətin təsisçisi Qasımov Mövsüm Qasım oğludur. Müşahidə şurasının üzvləri isə Rzayev Rövşən Abseyin oğlu, Heybətov Seymur Valəddin oğlu, Quliyev Təbriz Ələmdar oğludur.
“Material Təchizat” ASC-nin nizamnamə kapitalı 59132 manatdır.
ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Oktyabr ( Zabrat 1 qəs) ev.16 ünvanıdır.
Qeyd edək ki, “Material Təchizat” ASC təchizat, ticarət və məişət xidməti ilə məşğuldur.