NASA ilə ABŞ-ın 10 yerli şirkət arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Date:

Paylaş:

ABŞ Kosmik Agentliyi (NASA) və 10 yerli şirkət arasında kosmik texnologiyaların hazırlanması haqqında tərəfdaşlıq müqaviləsi imzalanıb. Maraqlı müqavilələrdən biri isə iş adamı və milyarder İlon Maska məxsus “SpaceX” şirkəti ilə bağlanan saziş olacaq. Belə ki, mühəndislərin birgə fəaliyyəti kosmik aparatlara yanacağın doldurulması üzrə texnologiyanı dəyişməyə imkan verəcək.

“SpaceX” şirkətinin vəzifəsi raket yanacağının orbitə çıxarılması üçün lazım olan texnologiyaların inkişafından, eləcə də “Starship” kosmik gəmisinin hazırlanmasından ibarət olacaq. Uçuş aparatının son təyinat məntəqələri kimi Ay və Mars göstərilir.

Bundan başqa, “SpaceX” agentliyin “Artemis” adlı daha bir iddialı layihəsinə qoşulacaq. Plana görə, 2024-cü ilədək insanların Aya ekspedisiyası və onun səthinə enməsi təşkil olunacaq.

Bildirilir ki, tərəflər kosmosda effektiv yanacaqdoldurma üsullarının hazırlanmasında maraqlıdır. Bu, qeyd olunan şəraitdə texnoloji baxımdan ən prioritet və çətin vəzifələrdən hesab olunur. “SpaceX” həlli 2020-ci ildə tətbiq edildikdən sonra layihə reallaşdırma mərhələsinə keçəcək.

“Amazon” şirkətinin təsisçisi və rəhbəri Ceff Bezosa məxsus “Blue Origin” şirkətinin vəzifəsi isə Aya dəqiq eniş üçün naviqasiya sisteminin hazırlanması olacaq. Şirkət kosmik stansiyanın ətraf temperaturun -173 dərəcəyədək düşməsi ilə 2 həftə davam edən aylı gecələr ərzində işini təmin edən generatorun hazırlanması üçün məsuliyyət daşıyacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...