İkinci iş, yaxud xobbi ilə necə pul qazanmaq olar?

Date:

Paylaş:

Təəssüflər olsun ki, heç də hər kəs sevdiyi işlə məşğul olmaq şansına sahib deyil. Lakin bu o demək deyil ki, sizin ümumiyyətlə öz xobbinizlər gəlir əldə etmək üçün heç bir imkanınız olmayacaq. Əgər öz bacarıqlarınızı lazımi şəkildə qiymətləndirirsinizsə və başa düşürsünüzsə ki, sevdiyiniz məşğuliyyətlə yaxşı gəlir əldə edə bilərsiniz, o zaman bir saniyə belə itirmədən işə başlayın. 
Hazırda dünyada iqtisadi vəziyyət sabitlik vəd etmir  və bu səbəbdən də, bir çox insan ikinci bir iş tapmağa çalışır. Lakin bu zaman bir faktı unutmayın ki, ikinci sevmədiyiniz və sıxıcı işdə əzab çəkmək əvəzinə öz bacarıqlarınızı yada salın.

Şirniyyatçı

şirniyyat dükanı

Bir çoxları yaxşı bişirmə qabiliyyətinə sahibdir və bu işlə məşğul olmağı sevir. Lakin bununla belə, çox az sayda insan bu bacarıqdan gəlir mənbəyi olaraq istifadə etmək haqqında düşünür. Tortlar və digər orijinal şirniyyat növləri böyük tələbatla istehlak edilir. Müştərilər arasında evdə hazırlanan qida məhsullarına qarşı etibar vardır və bu məhsulların keyfiyyətli təbii məmulatlardan hazırlandığına inanırlar. Sifariş qəbul edərək şirniyyat nümunələri bişirməyə qərar versəniz, yadda saxlayın ki, burada əsas diqqəti keyfiyyətə və daim təkmilləşməyə verməlisiniz.

 “Gözəllik ustası”

Bu çox geniş anlayışdır və gözəllik sənayesinə aid olan bir neçə kateqoriyaya bölünə bilər. Bundan əlavə, özünə qulluq etməyi sevməyi təkmilləşdirərək çox gəlirli prosesə çevirmək mümkündür.

Proqramçı

Bu ixtisasa gəldikdə, çox nadir insana rast gəlmək olar ki, bir şəxs gün ərzində satış mütəxəssisi işləsin, gecələr isə freelancer proqramçı olaraq çalışsın. Bu isə onunla əlaqədardır ki, IT-mütəxəssislər öz peşələrinə çox bağlı olsalar da, hər bir halda istisnalar mövcuddur. Proqramlaşdırma  – əlavə gəlir mənbəyi olaraq çox uğurlu variantdır və bu sahə üzrə böyük tələbat mövcud olmaqla yanaşı, xidmət haqları da yüksək dərəcədə ödənilir.

Florist

Fərdi şirniyyatçılar ilə yanaşı, floristlər də böyük populyarlıq qazanmağa başlayır. Bir qayda olaraq, bu peşəni fərdi şəkildə öyrənən floristlərin hazırladığı buketlər və digər kompozisiyaların qiyməti nisbətən ucuz olsa da, daha gözəl görünür. Estetik zövqə sahibsinizsı, müştərini dinləməyi bacarırsınızsa və floristika sənətini sevirsinizsə cəsarətlə öz işinizi qurun.

Dərzi

dərzi

Hazırda çox sayda insan atelyelərin xidmətlərinə fəal şəkildə müraciət edir. Lakin geyimlərin professional tikişi heç də həmişə keyfiyyətdən və müştəri məmnuniyyətindən xəbər vermir. Bu səbəbdən də dəb həvəskarları böyük həvəslə bu sənətlə xobbi olaraq məşğul olan və gördüyü işdən zövq alan insanlara müraciət edirlər. Bu cür ustalar daim yeni trendləri izləyir və yenilikləri öz işlərinə tətbiq edirlər.

Xarici dil müəllimi

Xarici dillərlə maraqlanırsınız və hər hansı bir dildə sərbəst şəkildə danışmaqla bərabər, həmin dilin bütün strukturlarına yaxşı bələdsiniz? Bu halda, düşünmədən fərdi dərslər vermək barədə düşünməlisiniz. Xarici dil öyrənməl intellekt tonusunun qorunması üçün mükəmməl vasitədir və bununla yanaşı, çox sərfəli əlavə gəlir mənbəyidir.

Sürücü

Hazırda bəzi şirkətlərdə yarım ştat olaraq sürücü olaraq işə düzəlmək imkanları vardır. Lakin bu peşə keçmişdə olduğu kimi, hələ də təhlükəli məşğuliyyət olaraq qalmaqdadır: aqressiv sərnişinlər, təhlükəli yol hadisələri və s. Buna baxmayaraq, bu maşın sürməkdən zövq alanlar üçün stabil gəlir mənbəyidir.

Biznes qurmaq üçün ideyalar

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...