İsrailin Monday.com startapı zirvəyə ucalıb, belə ki, onun illik dəyərləndirilməsi üç dəfə artıb. Şirkət, layihələr üzərində birgə iş üçün Philips və WeWork də daxil olmaqla 80 000 şirkətin istifadə etdiyi onlayn-platformanın hazırlanması ilə məşğuldur.
2014-cü ildə yaradılmş Monday.com startapı D səhmlər raundundan sonra sonra zirvəyə qalxıb. Bu raundda o, 150 milyon dollar cəlb edib. Bu barədə mənbəyə istinadən Forbes jurnalı məlumat verir.
Forbes müsahibinin sözlərinə görə Monday.com 1,9 milyard dollar dəyərləndirilib, hərçənd keçən il bu göstərici 550 milyon dollar olub. Bu hal startapı İsraildə ən bahalı edib.
Monday.com platformasından Sapphire Ventures, Hamilton Lane, HarbourVest Partners, Ion Crossover Partners və Vintage Investment Partners səhmdarları yararlanırlar.