Maliyyə Bazarlarına Nəzarət Palatası “Metak”ı və ya rəsmi adı ilə “MET-AK” MMC inzibati xəta ilə 787,496 ABŞ dolları məbləğində inzibati cərimə edilib.
Şikrət İnzibati Xəralar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.
İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
22 iyul 2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində bu gün, yəni, 1 avqust tarixində baxılacaq.
Şirkət bir neçə gün öncə də daha bir inzibati xəta ilə təqsirli bilinməsindən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.
Xatırladaq ki, “Metak” 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan plastik boru və fitinqlərin istehsalına başlamışıq. İstehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, eləcə də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və MDB-nin digər ölkələrində satışa çıxarılır.