C&EN-nin ekspertləri 2018-ci ildə dünya üzrə kimya sənayesinin ən iri şirkətlərinin reytinqini (“Global Top 50 chemical companies of 2018”) dərc edib.
2018-ci il dünya kimya sənayesi üçün uğurlu olub. Buna baxmayaraq, ekspertlər sözügedən sahənin artım tempinin zəiflədiyini bildirirlər.
Ötən il dünya kimya sənayesində satışların həcmi əhəmiyyətli dərəcədə artıb. “PetroChina” şirkəti istisna olmaqla reytinqdə yer almış 50 şirkətin ötənilki gəlirləri 926,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 13,4% çoxdur.
Mənfəət isə cüzi artıb. Reytinqdəki 48 şirkətin mənfəəti cəmi 3,4% artaraq 110,1 mlrd. dollar təşkil edib.
2018-ci ildə dünya üzrə kimya sənayesinin ən iri şirkətlərinin reytinqi:
# |
Şirkət |
Ölkə |
2018-ci ildə satış həcmi, mlrd. dollar |
1 |
DowDuPont |
ABŞ |
86,0 |
2 |
BASF |
Almaniya |
74,1 |
3 |
Sinopec |
Çin |
69,2 |
4 |
SABIC |
Səudiyyə Ərəbistanı |
42,1 |
5 |
INEOS |
Böyük Britaniya |
37,0 |
6 |
Formosa Plastics |
Tayvan (Çin) |
36,9 |
7 |
ExxonMobil Chemical |
ABŞ |
32,4 |
8 |
LyondellBasell Industries |
ABŞ |
30,8 |
9 |
Mitsubishi Chemical |
Yaponiya |
28,7 |
10 |
LG Chem |
Cənubi Koreya |
25,6 |