Azərbaycanda ilk dəfə hibrid qarğıdalı toxumu istehsalına başlanılıb

Date:

Paylaş:

Azərbaycanda ilk dəfə Ağcəbədi rayonunda “Adasa 16” adlı hibrid qarğıdalı toxumu istehsalına başlanılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.

“Adasa 16” hibridini əldə etmək məqsədilə 3 hektar ərazidə valideyn xətlər (ana xətt ADK 455 və ata xətt Çukurova 96/25) əkilib.

Bu qarğıdalı hibridinin yarpaqları dik və genişdir. Dənləri sarı at dişi formasındadır. Yağ həcmi 4.59 faiz, protein həcmi 8.13 faiz, nişasta həcmi isə 61.11 faizdir. Sınaqlarda əldə olunan nəticələrə görə, 1 hektardan 12000-17360 kq məhsul almaq mümkündür. Yaşıl kütlə olaraq, birinci səpində bir hektardan 50-78 ton məhsuldarlıq əldə etmək mümkündür. Bu da heyvandarlıq sahəsində istifadə olunan lazımlı silos kütləsinin daha az hektar sahədən təmin olunmasına gətirib cıxaracaq.

“Adasa 16” hibridinin Azərbaycanda istehsalı məhsuldarlığın daha da artmasına səbəb olacaq, valyutanın xaricə çıxmasının qarşısını almaqla ölkə iqtisadiyyatına töfhə verəcək.

Qeyd edək ki, “Azera Toxumçuluq” MMC ölkədə ilk dəfə olaraq yerli hibrid qarğıdalı toxumu istehsal etmək məqsədi ilə 2018-ci ildə fəaliyyətə başlayıb. Türkiyə Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə qeydiyyata alınmış “Adasa 16” qarğıdalı hibridinin müəllif hüquqları satın alınaraq Ağcəbədi rayonunda hibrid qarğıdalı toxumu istehsalına başlanılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...